Xırdalanda yaşayış evində partlayış olub

Xırdalanda yanğın hadisəsi baş verib.

ONN media xəbər verir ki, insident şəhərin “AAAF Park” yaşayış kompleksinin 26-cı küçəsinin ikinci binasına mənzillərdən birinin eyvanında qeydə alınıb.

Hadisəyə səbəb qaz balonunun partlaması olub.

Xoşbəxtlikdən yanğın zamanı mənzildə heç kim olmayıb.

Yanğın qısa zaman ərzində söndürülüb.