ONN İnformasiya Agentliyi

Xocalıda hərbi maşın qəzaya uğradı

Xocalıda hərbi maşın qəzaya uğradı
07 Oktyabr 2022 - 18:46

Xocalıda hərbi maşın qəzaya uğrayıb.

ONN media-nın məlumatına görə, hadisə rayonun Çanaqçı kəndində, Zəfər Yolunun 176-cı kilometrliyində baş verib.

“Mercedes” markalı minik avtomobil yolun kənarında dayanmış MAZ markalı yük avtomobilinə çırpılıb. Hadisə zamanı ölən və yaralanan olmayıb. “Mercedes”in sürücüsünün ərazidə aparılan təmir-tikinti işlərində çalışan şəxslərdən biri olduğu bildirilir.

Hadisəni DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”ya təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png