Yaponiyada güclü zəlzələ oldu

Yaponiyanın şimal-şərqindəki Aomori prefekturasının sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.

ONN media xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat verib.

Yerli vaxtla saat 18:18-də və 20 kilometr dərinlikdə baş verən zəlzələdən sonra bölgədə sunami xəbərdarlığı edilməyib.

Zəlzələnin şimalda ətraf İvate, Miyaqi və Hokkaydo ştatlarında hiss olunduğu qeyd edilib.