Yasamalda DƏHŞƏTLİ OLAY: Dayanacaqda qadının üzərinə ağac düşdü

Bakıda irigövdəli ağacın budağı qırılaraq qadının üzərinə aşıb.

ONN media bildirir ki, hadisə paytaxtın Yasamal rayonunda, “Elmlər” metrostansiyasının qarşısında yerləşən avtobus dayanacağında baş verib.

Hadisə nəticəsində avtobus gözləyən qadın xəsarət alıb. Əraziyə təcili tibbi yardım çağırılıb.(azvision.az)