Yaşayış evində partlayış – Ölən var

İsveçin paytaxtı Stokholm şəhərində yaşayış evində partlayış baş verib.

ONN media xəbər verir ki, bir nəfər ölüb.

Yerli mətbuat qeyd edir ki, hadisə partlayıcı qurğu vasitəsinin işləməsi nəticəsində baş verə bilər. Polis bu məlumatı hələ ki, təsdiq etməyib.

Partlayış yerli vaxtla saat 15:03-də olub. Hazırda ətrafdakılara təhlükə yoxdur.