Yeni uşağa adqoyma fəlakətlə NƏTİCƏLƏNDİ – Ölü və yaralılar var

Türkiyənin Osmaniye vilayətində yeni doğulan uşağa ad qoyma üzündən iki ailə arasında baş verən qarşıdurma ölümlə nəticələnib.
ONN media Türkiyə KİV-inə istinadən xəbər verir ki, daşlar və dəyənəklərdən sonra odlu silahdan da istifadə edildiyi qarşıdurmada 1 nəfər ölüb, 7-si yaralanıb.
Yeni doğulmuş uşağa qoyulacaq adla bağlı fikir ayrılıqları olan ailələr arasında, iddiaya görə, daha əvvəlcədən də soyuq münasibətlər var idi. Mübahisələrin nəticəsi olaraq, uşağın anası atası evinə gedib. Mübahisələrə hər iki ailənin üzvlərinin də qarışması vəziyyəti daha da pisləşdirib.
Hərbi xidmətdən məzuniyyətə gələn Musa Çeçen (uşağın dayısı) tüfənglə vurularaq öldürülüb. Yaralanan 7 nəfər isə Osmaniyedə müxtəlif xəstəxanalara yerləşdirilib.
Hadisəyə görə 10 nəfər saxlanılıb.