Yevlaxda BƏDBƏXT HADİSƏ

Yevlaxda bir nəfər kanalda batıb.

ONN media Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə, Qarabağ kanalının Yevlax rayonu, Kolanı kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

araşdırmalar nəticəsində Qarabağ kanalında batan şəxsin, 1965-ci il təvəllüdlü Şölə Nağı qızı Rəsulova olması müəyyən edilib.

Hazırda qadının axtarışları davam etdirilir.