ONN İnformasiya Agentliyi

YPX maşını qəzaya düşdü – 3 maşın toqquşdu

YPX maşını qəzaya düşdü – 3 maşın toqquşdu
21 Avqust 2019 - 12:13
Mingəçevirdə YPX-yə məxsus avtomobilin də iştirakı ilə zəncirvari yol qəzası baş verib.
ONN media bildirir ki, hadisə gecə saatlarında M.Maqomayev prospektində baş verib. Belə ki, “VAZ 2107”, “VAZ 21099” və YPX-yə aid “BMW” markalı avtomobillər toqquşub.
Toqquşmanın təsirindən “BMW” idarəetmədən çıxaraq səkiyə qalxıb. Qəza nəticəsində sürücülər yüngül xəsarətlə qurtulsa da, “VAZ 2107”də olan və xəsarəti nisbətən ciddi olan 1973-cü il təvəllüdlü şəhər sakini Allahverdiyev Tapdıq Aslan oğlu xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png