ONN İnformasiya Agentliyi

Zəlzələ qurbanlarının sayı 141 nəfərə çatdı, 1000-dən çox yaralı var (YENİLƏNDİ) – FOTO/VİDEO

Zəlzələ qurbanlarının sayı 141 nəfərə çatdı, 1000-dən çox yaralı var (YENİLƏNDİ) – FOTO/VİDEO
13 Noyabr 2017 - 9:02
İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb.
ONN media xəbər verir ki, bu barədə “Fars” agentliyi xəbər verib.
İraq ərazisində 6 nəfər təbii fəlakət qurbanı olub. Ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 10-dan çox təkrar yeraltı təkanlar qeydə alınıb.
***
İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 129 nəfərə çatıb. 1000-dən çox insanın yaralandığı bildirilir.
ONN media xəbər verir ki, yerli sakinlər daha dağıdıcı təkanlardan ehtiyatlanaraq küçələrdə gecələməli olublar.
Son saatlar ərzində İran-İraq sərhədində ondan çox təkrar təkanlar qeydə alınıb. Qızıl Aypara Cəmiyyəti zəlzələdən zərər çəkənlər üçün çadır düşərgələrinin quraşdırılmasına başlayıb. Məlumata görə, təbii fəlakət ən çox Kermanşah, Qəsri Şirin və İlam şəhərlərinə ziyan vurub.
Xatırladaq ki, ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 14 afterşok qeydə alınıb.
***
İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində azı 8 nəfər ölüb, onlarla insan xəsarət alıb.
Bu barədə “Sky News Arabia” telekanalı məlumat verib.
Bu axşam İran-İraq sərhədində 7,6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
***
İraqın Süleymaniyə şəhərində baş verən 7,3 ballıq zəlzələ nəticəsində 8 kənddə dağıntılaq olub.
***
İran-İraq sərhədində güclü zəlzələ baş verib.
ONN media xəbər verir ki, İraqda (Süleymaniyyə) 7,2 bal, İranda, Kirmanşahda isə 7,3 bal gücündə dəhşətli zəlzələ olub. Zəlzələ İranın bir çox vilayətlərində – Ərak, Həmədan, o cümlədən Şərqi və Qərbi Azərbaycanda, Türkiyədə, həmçinin Təbriz şəhərində 4,9 bal gücündə özünü göstərib.
Təbrizdə əhali küçələrə axışıb.
Yeraltı təkanlar Azərbaycan Respublikasının cənub bölgəsində – Lənkəran və Astara şəhərlərində də 4 bal gücündə hiss edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png