Zabratda baş verən yanğından YENİ XƏBƏR

Bakı şəhəri, Sabunçu rayonunun Zabrat qəsəbəsində qamışlıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən ONN media -ya verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, daha əvvəl Nazirliyin “112” qaynar telefon xəttinə Zabrat qəsəbəsində qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.