Zaqatalada yanğın-Ev külə döndü
Zaqatalada yanğın hadisəsi qeydə alınıb.
ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Zaqatala rayonu, Qımır kəndində birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı və çardağı 6 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.