ONN MEDİA

Azərbaycanda son 20 ilin ƏN DƏHŞƏTLİ İSTİLƏRİ – Nazirdən SOS

Azərbaycanda son 20 ilin ƏN DƏHŞƏTLİ İSTİLƏRİ – Nazirdən SOS
25 İyun 2019 - 12:37

“Azərbaycanda dünən və bu gün çox isti müşahidə olunub. Ötən gün havanın temperaturu 37 dərəcə isti olub ki, bu da iyun ayı üçün rekord göstəricidir”.

ONN media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev BMT-nin Dövlət xidmətləri forumu çərçivəsində keçirilən seminarda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, son 20 ildə ilk dəfədir iyun ayında belə yüksək temperatur qeydə alınıb: “Hesab edirik ki, bu da iqlim dəyişikliyinin təzahürüdür. Son 30 il ərzində Azərbaycanda orta temperatur göstəricisi 1.4 dəfə artıb. Hesab edirəm ki, bu, çox dramatik artımdır. Bunun da iqtisadiyyatın digər sahələrinə təsiri çox yüksəkdir”.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP