ONN İnformasiya Agentliyi

Fevralın 7-nə olan hava proqnozu

Fevralın 7-nə olan hava proqnozu
07 Fevral 2018 - 11:53

ONN media Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən fevralın 7-nə olan hava proqnozunu təqdim edir.

Fevralın 7-də  hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 7-10,  Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Rayonlarda isə avanın temperaturunun gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png