Hava ilə bağlı ən son AÇIQLAMA

Ötən gün gecədən Bakını ağuşuna alan güclü külək bu gecədən başlayaraq bir az səngiyib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahından ONN media-ya məlumat verilib.

Verilən məlumata görə, səhər saat 07:00-a olan məlumata əsasən şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində 18-28 m/saniyədir.

“Günəşli” yatağında dalğanın hündürlüyü 8,2 metr, “Şahdəniz” yatağında 4,2 metr olub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0 və -2 dərəcə, gündüz isə +3 və +5 dərəcə təşkil edir.