Hava kəskin dəyişəcək-XƏBƏRDARLIQ

ONN media xəbərdarlıq edir:Azərbaycan ərazisində hava şəraiti pisləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 10-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Azərbaycanın bəzi rayonlarında fevralın 10-u gündüzdən 12-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. 

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 6-8,  Bakıda gecə 3-5, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.