ONN İnformasiya Agentliyi

Neft Daşlarında dalğanın hündürlüyü 4,8 metrə çatdı – FAKTİKİ HAVA

Neft Daşlarında dalğanın hündürlüyü 4,8 metrə çatdı – FAKTİKİ HAVA
12 Oktyabr 2019 - 22:25

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin oktyabrın 12-də saat 21.00-a olan məlumatına görə, ölkə ərazisində qeyri- sabit, güclü küləkli hava şəraiti davam edib.

Nazirlikdən ONN media -ya verilən məlumata görə, şimal-qərb küləyi Qum adasında, Tərtərdə 25 m/s, Neftcala, Ələtdə 24 m/s, Neft Daşlarında 23 m/s, Bakı, Naftalan, Nabranda 20 m/s, Sumqayıtda 19 m/s, Ağstafada 18 m/s, Salyan, Şəkidə 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına görə dalğanın hündürlüyü 4,8 metrə çatıb.

Bakı, Naxçıvan, Astara, Daşkəsən, Göygöl, Şamaxı, Mərəzə, Altıağac, Xaldan, Xınalıq, Quba, Qusar, Şahdağ, Sarıbaş, Kişçay, Qırız, Ağdam, Tərtər, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Ağsu, Yevlaxda yağış yağıb.

Oktyabrın 13-də səhər saatlarından başlayaraq küləyin mülayimləşməsi, yağışın kəsilməsi gözlənilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png