Şənbə günü hava necə olacaq?

Azərbaycan ərazisində mayın 14-nə gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 11-14, gündüz 20-24, Bakıda gecə 11-13, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 23-28, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.