ONN İnformasiya Agentliyi

Sabah havanın temperaturu 37 dərəcəyədək artacaq

Sabah havanın temperaturu 37 dərəcəyədək artacaq
02 İyun 2022 - 12:59

Bakıda və Abşeron yarımadasında iyunun 3-də hava şəraiti yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən ONN media -ya verilən məlumata görə, şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 29-34° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında sabah əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png