ONN İnformasiya Agentliyi

Sabah külək güclənəcək, yağış yağacaq – PROQNOZ

Sabah külək güclənəcək, yağış yağacaq – PROQNOZ
17 Sentyabr 2020 - 13:37

Sentyabrın 18-də gözlənilən hava şəraitini açıqlayıb. 

Milli Hidrometeorologiya Xidmətindən  ONN media -ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz  23-26, Bakıda gecə 19-21, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 765 mm civə sütunundan 759  mm civə sütununa enəcək, nisbi rütubət  gecə 60-70, gündüz 35-40 faiz  olacaq.

Sentyabrın 18-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz  əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 17-21, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz  18-23 dərəcə  isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 18-də Abşeron yarımadasında mülayim cənub küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png