ONN İnformasiya Agentliyi

Sabaha olan hava proqnozu- YAĞIŞ, QAR YAĞACAQ

Sabaha olan hava proqnozu- YAĞIŞ, QAR YAĞACAQ
23 Noyabr 2017 - 13:22

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONN media-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-8° isti, gündüz 9-12° isti olacağı gözlənilir. Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Noyabrın 24-25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək.

Azərbaycanın rayonlarında noyabrın 24-də bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti noyabrın 25-i gündüzədək davam edəcək. Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png