Sabahın havası açıqlandı

Sabahın havası açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONN media-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin gözlənilir. Şimal-qərb küləyi 3-8 m/s, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm cive sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin gözlənilir.

Geri qayıt