Rəqs edərək tabut daşıyanlardan mesaj var

Dünyada fenomenləşən qanalı tabut daşıyanlar koronavirusla əlaqədar insanları özlərini qorumağa səsləyiblər. ONN media xəbər verir ki, onlar səhiyyə işçilərinə təşəkkür ediblər, həmçinin bütün insanları koronavirusa qarşı ehtiyatlı olmağa çağırıblar.
Qrupun rəhbəri Benjamin Aydo Tvitterdə yayımladığı videoya şərh olaraq bunları qeyd edib:
"Evdə qalın, yoxsa bizimlə rəqs edəcəksiniz".