Azərbaycana yaz gəldi

Bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 13:37-də təsadüf edib. Bununla da ölkə ərazisində yaz fəsli başlayıb.
ONN media -ya Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir və həmin andan şimal yarım kürəsində astronomik yaz fəsli başlayır.