Daha bir əsgərimizin nəşi tapıldı

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin şəhid olduğu müəyyənləşib. ONN media xəbər verir ki, Neftçala rayonundan olan əsgər İmanov Məmmədağa İqab oğlunun nəşi tapılıb. Onun sabah Neftçala şəhər qəbiristanlığında dəfn olunacağı gözlənilir. Məmmədağa İmanov 4 aprel 2001-ci ildə doğulub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Məmmədağa hərbi xidmət müddətinə Neftçalada başlayıb, Beyləqanda davam etdirib.