SON DƏQİQƏ: Yaqub Zurufçunun vəziyyəti ağırdır - Yeni Klinika

"Yeni Klinika"nın reanimasiyaya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun səhhəti haqqında həkimi danışıb.
ONN media xəbər verir ki, "Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov Teleqraf.com-a bildirib ki, koronavirusa yoluxan Yaqub Zurufçunun vəziyyəti ağır qiymətləndirilir.
"Qeyri-invaziv süni tənəffüs aparatı dəstəyindədir. Vəziyyətinə uyğun intensiv terapiya aparılır. Vəziyyəti ağır stabil olaraq qalır", - o bildirib.