Faktiki hava şəraiti açıqlandı

Faktiki hava şəraiti açıqlandı

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb. 

ONN media xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Dekabrın 14-ü saat 11:00-a olan məlumata əsasən, bəzi yerlərdə yağış yağıb, Lənkəran-Astara zonasında intensiv olub.

Düşən yağışın miqdarı Lənkəranda 21 mm, Astarada 8 mm, Zərdab, Salyan, Hacıqabul, Neftçalada 3 mm, Biləsuvar, Lerik, Xaçmazda 2 mm, Quba, Naftalan, Şəmkir, Ağdam, Bərdə, Yevlax, İmişli, Cəfərxanda 1 mm-dək, Bakıda 2 mm, Sumqayıtda 1 mm-dək olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Aran rayonlarında 6-9 dərəcə isti, dağlıq rayonlarda 2-4 dərəcə şaxta, Naxçıvan MR-da 0-6 dərəcə şaxta olub.

Geri qayıt