Sabah 14 dərəcə isti olacaq

Sabah 14 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında fevralın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən ONN media -ya verilən məlumata görə, bəzi yerlərdə duman, gündüz çiskin olacaq.


Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz 12-14° isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.


Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.

Geri qayıt