Mayın ilk günü hava NECƏ OLACAQ?

Mayın ilk günü hava NECƏ OLACAQ?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək. 

Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-20° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 60-70% olacaq. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. 

Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 10-15° isti olacaq.

Geri qayıt