Türkiyə və Azərbaycan birgə texnopark yaradır

Türkiyə və Azərbaycan birgə texnopark yaradacaq.
ONN media xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya nazirinin müavini Mehmet Fateh Kacır bildirib.
"Ümid edirəm ki, bu, növbəti “Teknofest”də qurulacaq. Birlikdə bir çox yeni layihələr həyata keçirəcəyik", - nazir müavini deyib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə texnologiya sahəsində əməkdaşlıq edəcək:
"Kosmos sahəsində tamamilə yeni əməkdaşlıqlar haqqında danışdıq, onların infrastrukturunu hazırladıq. Türkiyə və Azərbaycan texnologiya startaplarının faydalana biləcəyi müştərək müəssisə kapitalı fondları yaradacağıq. Birlikdə bir çox yeni layihələr həyata keçirəcəyik”.