XƏBƏRDARLIQ- Anomal istilər geri qayıdır

XƏBƏRDARLIQ- Anomal istilər geri qayıdır


Sinoptiklər anomal istilərlə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONN media-ya bildiriblər ki, iyulun 11-13-də ölkə ərazisində hava şəraitinin anomal isti keçəcəyi, havanın maksimal temperaturunun 35-39°, Naxçıvan Muxtar Respublikasının və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 41-43°, dağlıq rayonlarda isə 28-33°-yə yüksələcəyi proqnozlaşdırılır.

İyulun 11-12-də Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-39° isti olacağı bildirilir.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 11-12-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun və rütubətli hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Geri qayıt