Axşam saatlarında hava necə olacaq?

Axşam saatlarında hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONN media-ya verilən məlumata görə Bakıda və Abşeron yarımadasında Oktyabrın 22-si axşam saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu 17-19 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında Oktyabrın 22-si axşam saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu 17-19, dağlarda 12-14 dərəcə isti təşkil edəcək.

Geri qayıt