Oktyabrın 23-ü gündüz saatlarında gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin ONN media-ya verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında oktyabrın 23-ü gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu 21-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Oktyabrın 23-ü gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturu 22-27, dağlarda 15-20 dərəcə isti təşkil edəcək.