Gündüz saatlarında gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin ONN media-ya verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında noyabrın 05-i gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu 16-18 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Noyabrın 05-i gündüz saatlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 15-20, dağlarda 4-7 dərəcə isti təşkil edəcək.