Bakıya qar yağır- Faktiki hava

Bakıya qar yağır- Faktiki hava


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin ONN media-ya verdiyi məlumatına görə, fevralın 18-dən 19-na keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişib, yağış qara keçib.
 
Havanın temperaturu fevralın 19-da ötən günlə müqayisədə 6-8 dərəcə aşağı enib. Belə hava şəraiti  fevralın 20-dək davam edəcək.
 
Azərbaycanın rayonlarında da hazırda bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağır, yağıntının ayrı-ayrı rayonlarda intensiv olacağı bildirilib.
Geri qayıt