Sabah hava necə olacaq? - PROQNOZ

Sabah hava necə olacaq? - PROQNOZ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONN media -ya verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasında Martın 06-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 9-13, Bakıda gecə 3-5, gündüz 11-13 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 55-60 faiz olacaq. Azərbaycanın rayonlarında Martın 06-da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoz Martın 06-da Abşeron yarımadasında arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Geri qayıt