Ərəblərlə yola gedə bilmədi – Bu kluba qayıtmaq istəyir

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında istədiyi ab-havanı tapa bilməyib.

ONN media xəbər verir ki, bu barədə “El Nacional” məlumat verib.

Bildirilir ki, futbolçu “Əl-Nəsr”dəki karyerasını bitirəndən sonra Madridə qayıtmaq istəyir. “Real Madrid” prezidenti Florentino Peres Ronaldoya klubda vəzifə təklif edərsə, qəbul edəcək. Xarici KİV-lər yazır ki, Ronaldo “Əl-Nəsr”dən müqaviləsi bitmədən də ayrılaraq Avropaya qayıda bilər. Bundan əvvəl “Nyukasl” klubunun çempionlar liqasına vəsiqə qazanacağı təqdirdə Ronaldonun ingilis klubuna keçəcəyi bildirilmişdi.

Qeyd edək ki, “Nyukasl” Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın sərvət fondu “PIF”, “PCP”, “Capital Partners” və “Reuben Brothers” şirkətlərinin də daxil olduğu Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən konsorsium tərəfindən alınıb.