ONN İnformasiya Agentliyi

Əmrə Can koronavirusa yoluxub

Əmrə Can koronavirusa yoluxub
23 Oktyabr 2020 - 23:42

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Əmrə Can koronavirus infeksiyasına yoluxub.

ONN media xəbər verir ki, bu barədə Bundesliqa klubu məlumat yayıb.

Mətbuat xidmətinin məlumatına görə, testi pozitiv çıxan Almaniya millisinin üzvü evində təcrid vəziyyətindədir. Digər futblçularda və məşqçi heyətində yoluxma aşkarlanmayıb. Türkiyə əsilli oyunçudan əvvəl isveçrəli müdafiəçi Manuel Akanjidə virus aşkarlanmışdı.

Qeyd edək ki, “Borussiya” oktyabrın 24-də Bundesliqanın V turu çərçivəsində “Şalke”ni qəbul edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png