ONN İnformasiya Agentliyi

12 yaşlı şahmatçı rekorda imza atdı

12 yaşlı şahmatçı rekorda imza atdı
01 İyul 2021 - 20:31

ABŞ şahmatçısı 12 yaşlı Abhimanyu Mişra yeni rekorda imza atıb.

ONN media xəbər verir ki, istedadlı zəka ustası dünya şahmat tarixinin ən gənc qrossmeysteri adına sahib olub. ABŞ-ın Nyu-Cersi ştatından olan Hindistan əsilli şahmatçı Budapeştdə ardıcıl keçirilmiş turnirlərdə iştirak edərək üçüncü qrossmeyster normasını və qrossmeyster titulu üçün lazım olan ELO xallarını (2504) toplayıb. 2009-cu il fevralın 9-da anadan olan A.Mişra 12 yaş 4 ay 25 günündə bu rekorda sahib olmaqla rusiyalı Sergey Karyakini (12 yaş, 7 ay) geridə qoyub. S.Karyakinin bu göstəriciyə görə rekordu 19 il ərzində yenilənməmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png