ONN İnformasiya Agentliyi

15 yaşlı Azərbaycanlının uğuru

15 yaşlı Azərbaycanlının uğuru
12 İyun 2018 - 14:12

Çexiyanın Kikboksinq yığma komandasının üzvü, 15 yaşlı azərbaycanlı El Cəfər beynəlxalq  yarışlarda növbəti qələbəsini qazanıb.

ONN media xəbər verir ki, o, 2014-cü ildə  Dünya Kikboksinq  Federasiyasının Çexiyada keçirilən yarışının  gümüş mükafatçısı, mavi kəmər sahibidir. E.Cəfərov 2016-cı ildə Almaniyanın Ştutqart şəhərində keçirilən çempionatın qızıl mükafatçısı olub. 

Gənc idmançı 2017-ci ildə Dünya Kikboksinq Təşkilatları Birliyinin və Beynəlxalq Həvəskar Kikboksinq Assosiasiyasının  gümüş mükafatçısı adına layiq görülüb. Həmyerlimiz bu il iyunun 9-da  Dünya Kikbonsinq Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə Çexiyada keçirilən çempionatda 47 kq-a qədər çəki dərəcəsində 2 kateqoriya üzrə  gümüş və bürünc medal qazanıb. Xatırladaq ki, qısa vaxta böyük uğurlar qazanan E.Cəfərov Çexiyada  azərbaycanlı  diaspor fəalı, şairə, dramaturq, Azərbaycan mədəniyyətini xaricdə tanıdan "Natəvan" klubunun sədri Leyla Bəyim Cəfərovanın övladıdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png