ONN İnformasiya Agentliyi

2022-ci ilin ən yaxşı futbolçusu açıqlandı

2022-ci ilin ən yaxşı futbolçusu açıqlandı
04 Yanvar 2023 - 18:23

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.

ONN media xəbər verir ki, bu ada Argentina millisinin və Fransa PSJ-sinin hücumçusu Lionel Messi layiq görülüb. 36 yaşlı forvard 275 xalla bütün rəqiblərini geridə qoyub.

İkinci yeri Messinin Paris təmsilçisindən komanda yoldaşı olan Kilian Mbappe (35 xal) tutub. İlk üçlüyü 30 xalla “Real Madrid”in hücumçusu Kərim Benzema tamamlayıb.

Onun “kral klubu”ndan komanda yoldaşı olan xorvatiyalı Luka Modriç (15 xal) 4-cü, İngiltərənin “Mançester Siti” klubunun norveçli hücumçusu Erlinq Holan (5 xal) isə 5-ci olub.

Qeyd edək ki, Lionel Messi ötən il millinin heyətində dünya çempionluğunu qazanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png