ONN İnformasiya Agentliyi

21 yaşlı gimnastımız dünya çempionu oldu – VİDEO

21 yaşlı gimnastımız dünya çempionu oldu – VİDEO
19 Noyabr 2017 - 13:47
Bu günlərdə Bolqarıstanın paytaxtı Sofiya şəhərində batut gimnastikası və tamblinq (akrobatik cığırda tullanma) üzrə müxtəlif yaş kateqoriyaları arasında ümumdünya yarışları keçirilir.
ONN media  Report-a istinadla xəbər verir ki, kifayət qədər nüfuzlu yarışlar idman aləmində həm də gənclər arasında dünya çempionatı kimi tanınır.
Azərbaycanı bu mötəbər turnirdə təmsil edən 21 yaşlı Mixail Malkin bütün rəqiblərini üstələyərək tamblinq üzrə yarışların qızıl medalına layiq görülüb.
Respublika yarışda 5 idmançı ilə təmsil olunur. Turnirin son günü, noyabrın 19-da, daha iki idmançımız – 12 yaşlı Adil Hacızadə və 11 yaşlı Zeynəb Qasımlı yarışa qoşulacaqlar.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png