ONN İnformasiya Agentliyi

Almaniyadan qalmaqalla geri qayıdan futbolçumuz “Qəbələ”də

Almaniyadan qalmaqalla geri qayıdan futbolçumuz “Qəbələ”də
28 Mart 2018 - 18:17

Albaniya təmsilçisi "Kukesi”dən qalmaqallı şəkildə ayrılan həmyerlimiz Rauf Əliyev “Qəbələ” ilə razılığa gəlib.

ONN media xəbər verir ki, 29 yaşlı hücumçu 2019-cu ilin yayına qədər komandanın şərəfini qoruyacaq.

O, 2017-ci ilin ikinci yarısından etibarən legioner həyatı yaşayıb. Rauf karyerası ərzində "Qarabağ” (2006-2013), "Bakı” (2013-2014), "Xəzər Lənkəran” (2014-2015), "Neftçi” (2015), "İnter” (2015-2017) klublarının da formasını geyinib.

Rauf Əliyev 2010-cu ildə debüt etdiyi Azərbaycan yığmasında keçirdiyi 45 oyunda 7 qol vurub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png