ONN İnformasiya Agentliyi

“Araz Naxçıvan”ın Çempionlar Liqasındakı rəqibləri məlum oldu

“Araz Naxçıvan”ın Çempionlar Liqasındakı rəqibləri məlum oldu
07 İyul 2021 - 19:15

Futzal üzrə UEFA Çempionlar Liqasında ilkin mərhələnin püşkü atılıb.

ONN media bildirir ki, Azərbaycan təmsilçisi “Araz Naxçıvan”ın da rəqibləri bəlli olub.

Joze Alesio Da Silvanın baş məşqi olduğu komanda F qrupunda “Raba” (Latviya), “Kampuksen Dinamo” (Finlandiya) və “Europa” (Cəbəllüratiq) ilə üz-üzə gələcək.

Qeyd edək ki, ilkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil ediləcək. “Araz Naxçıvan” qarşılaşmalarını Latviyada oynayacaq.

Reqlamentə uyğun olaraq, 9 komanda – 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png