Arda Turan doğma klubuna qayıtdı – Prezident açıqladı

Türkiyənin ən titullu futbol klubu olan “Qalatasaray” sabiq futbolçusu Arda Turanı geri qaytarıb.

ONN media  xəbər verir ki, bu barədə “NTV Spor”a İstanbul təmsilçisinin prezidenti Mustafa Cengiz bildirib.

Klubun rəhbəri 33 yaşlı yarımmüdafiəçi ilə anlaşdıqlarını bildirib. Təcrübəli oyunçu ilə 1+1 illik müqavilə imzalanacaq.