Arda Turanın taleyi onlardan asılıdır

Xəbər verdiyimiz ki, “Barselona”nın türkiyəli ulduzu Arda Turan bir neçə müddətdir özünə yeni klub axtarırdı.

ONN media xəbər verir ki, “Arsenal”, “Milan” kimi klubların maraq dairəsində olan futbolçunun Türkiyənin “Qalatasaray” klubuna transfer olacağı gözlənilirdi.

Ancaq Fatih Terimin baş məşqçi postuna təyin edilməsindən sonra bu transfer iddiaları da boşa çıxdı.

Ancaq Arda Turan vətənindən vaz keçməyib və “Beşiktaş” klubuna transfer olmaq istədiyini bildirib. O, sərbəst agent formasında kluba müraciət göndərib və onlardan xəbər gözlədiklərini deyib.

“Beşiktaş” rəhbərliyi isə Arda Turanın taleyini azarkeşlərinə öhdəsinə buraxıb. Rəhbərlik azarkeşlərin bu transferə olan reaksiyasına bağlı olaraq Ardaya cavab göndərəcək. Nəticənin bir neçə saatdan sonra açıqlanacağı bildirilir.(Publika.az)