ONN İnformasiya Agentliyi

Argentinaya nə qədər pul ödənəcək?

Argentinaya nə qədər pul ödənəcək?
19 Dekabr 2022 - 8:32

Dünya çempionatının qalibi olan komanda – Argentina 42 milyon dollar pul mükafatı qazanacaq.

ONN media xəbər verir ki, bu məbləğin böyük hissəsini futbolçuların alacağı qeyd olunub.

İkinci yeri tutan komandaya – Fransaya isə 30 milyon dollar veriləcək.

Bürünc medalları qazanan Xorvatiya komandası 27 milyon dollar pul mükafatı alacaq. Dördüncü yerdə qalan Mərakeş yığması isə 25 milyon dollarla kifayətlənəcək.

Qeyd edək ki, DÇ-nin final görüşündə Argentina və Fransa komandaları üz-üzə gəlib.

Əsas və əlavə vaxtı bərabərliklə (3:3) bitən oyunda qalib penaltilərdə daha dəqiq oynayan Argentina (4:2) olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png