AVRO-2020-də buna icazə verildi

Bu il keçiriləcək futbol üzrə Avropa çempionatında 5 əvəzetməyə icazə veriləcək.

ONN media  xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsi (İK) qərar çıxarıb.

Eyni zamanda 2021-ci ildə Millətlər Liqasının pley-off mərhələlərində və final mərhələsində də eyni sayda əvəzetmə tətbiq olunacaq.

İK 2024-cü ildən sonra avrokubokların formatı ilə bağlı qərarını aprelin 17-də açıqlayacaq.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun – 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.