ONN İnformasiya Agentliyi

AVRO-2020: Final oyununda erkən qol (YENİLƏNİR)

AVRO-2020: Final oyununda erkən qol (YENİLƏNİR)
11 İyul 2021 - 23:47

AVRO-2020-də İngiltərə və İtaliya yığmaları arasındakı final oyunu start götürüb. “Report”un məlumatına görə, qarşılaşma Londondakı “Uembli” stadionunda keçirilir.

İlk qol 3-cü dəqiqədə vurulub. İngiltərə millisində Lük Şou əks-hücumda fərqlənib.

Görüşü niderlandlı referi Byorn Kuypers idarə edir.

xxx

Bu gün Avropa çempionatının final oyununda üz-üzə gələcək İtaliya və İngiltərə yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar:

İtaliya: 21. Canluici Donnarumma, 2. Covanni Di Lorenso, 3. Corco Kyellini (kap.), 6. Marko Verratti, 8. Jorjinyo, 10. Lorenso İnsinye, 13. Emerson, 14. Federiko Kyeza, 17. Çiro İmmobile, 18. Nikolo Barella, 19. Leonardo Bonuççi

İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Lük Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Harri Maquayr, 9. Harri Keyn (kap.), 10. Rəhim Sterlinq, 12. Kiran Trippye, 14. Kelvin Fillips, 19. Meyson Maunt

Qeyd edək ki, İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Görüşü niderlandlı baş hakim Byorn Kuypers idarə edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png