Avropa birincisi olan cüdoçumuzu tanıyaq

Bolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo üzrə Avropa kuboku uğrunda yarışa start verilib.

ONN media xəbər verir ki, beynəlxalq turnirin ilk günü Azərbaycan milli komandasına uğur qazandırıb.60 kq çəki dərəcəsində mübarizə aparan Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Tofiq Məmmədov finala qədər Fransa, İspaniya və Bolqarıstan təmsilçilərini məğlub edib. 

Rusiyalı Səxavət Hacıyevə qalib gələn Azərbaycan cüdoçusu Avropa kuboku yarışında 1-ci yeri tutub.