ONN media

Azərbaycan EYOF-da daha bir qızıl medal qazandı

Azərbaycan EYOF-da daha bir qızıl medal qazandı
26 İyul 2019 - 18:24
İyulun 26-da Azərbaycan cüdoçusu Hüseyn Məmmədov (+90 kq) XV Avropa Gənclər Olimpiya Festivalının qızıl medalını qazanıb.
ONN media xəbər verir ki, finalda rusiyalı idmançı Əhməd Maqomedova qalib gələn cüdoçumuz festivalın çempionu olub.
Qeyd edək ki, səkkizdəbir finalda Almaniya təmsilçisi Daniel Udsilauriyə ippon, dörddəbir finalda yunanıstanlı Aristotelis Aris Leonidisə vazari xalı ilə qalib gəlib. İdmançımız yarımfinalda moldovalı Alin Bagrini ipponla məğlub edib.
Bu çəki dərəcəsində bürünc medalları italiyalı Cean Karlettini məğlub edən gürcüstanlı Giqa Tatiaşvili və moldovalı Alin Baqrinə qalib gələn fransalı Mathias Anlion qazanıblar.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png